AZAL-ın idarə rəisi işdən çıxdı

AZAL-ın idarə rəisi işdən çıxdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb. SİA xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.

Qeyd edək ki, A.Süleymanova 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə