"İndiki gəncləri aldatmaq çox çətindir" - SOSİOLOQ FİKRİ

"İndiki gəncləri aldatmaq çox çətindir" - SOSİOLOQ FİKRİ

"Əgər biz vətənpərvərliyə şüar kimi yanaşacayıqsa, o zaman bu əladır. Vətəni sevmək, vətənin hər dərdinə yaxın olmaq anlayışı ilə yaxınlaşırıqsa o zaman çox bərbad haldadır”. Bu sözləri SİA-ya açıqlamsında sosioloq Əhməd Rəhmanov deyib.

Onun sözlərinə görə, hər bir ocaq istər-istəməz odun tələb edir, ocağı saxlamaq üçün qüvvə lazımdır: “Vətən eşqidə bir ocağdır, o tək yanmağla, işıq verməsi ilə insanların qəlbini isitmir. İnsanlar həm də sosial tərəfdən özünü qorumuş hiss etməlidir. Öz vətənində olduğu üçün öz sosial təminatını hiss etməlidir. Çox təəssüf ki bu olmadığına görə bu günləri vətənpərvərlik anlayışımız ancaq şüarlardan ibarətdir. Vətən eşqinin qəlbdə yanması üçün mütləq sən o ocağı qidalandırasan. Gənc hiss etməlidir ki, ”Bura mənim vətənimdir və mən burda özgə deyiləm. Mənim əmək hüququmdan əcnəbinin əmək hüququ bir deyil”.

Sosioloq bildirib ki, məktəblərlə bağlı məsələ ondadır ki, indiki gəncləri aldatmaq, beyinlərini vətənpərvərlik fanatizmlə doldurmaq çox çətindir: "Gənclərə hər hansı bir təhsil ocağında müxtəlif vətənpərvərlik mövzusunda müxtəlif sözlər deyə bilərik. Lakin o evə gəlib ailəsində olan döyüşçü qardaşını və atasını görür hansı ki, o, orduda olanda milyonluq texnikanı idarə edən vətənin qorunmasını həvalə olunan şəxsdi. Bu gün gəlir adi həyatda iş tapa bilmir, biz ona məktəbdə nə keçiriksə onun heç bir aidiyyatı olmayacaq".

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə