Müstəqil Azərbaycanın banisi Heydər Əliyev yolunun davamçısı, xalqının iradəsini layiqincə ifadə edən İlham Əliyev Azərbaycanın prezidenti və dünya azərbaycanlılarının lideridir.
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, eləcə də ictimai rifahın artırılması istiqamətində atdığı uğurlu addımlar insanların sosial həyatının yaxşılaşdırması ilə bərabər bölgələrin simasını da əhəmiyyətli dərəcədə dəyişib. Bölgələrin gələcək inkişafı üçün göstərilən dövlət qayğısı respublikanın regionda üstünlük qazanmasına güclü zəmin yaradıb.
Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında misilsiz xidmətləri olan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu daim artırır.
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu Ermənistanın 30 illik işğalına son qoyaraq tarixi zəfər əldə etdi və ölkənin ərazi bütövlüyü bərpa olundu. “Dəmir Yumruq” əməliyyatı Ali Baş Komandanın iti zəkası, dərin bilikləri, dünyagörüşü, siyasi nüfuzu və məqsədyönlü xarici siyasəti sayəsində qalibiyyətlə nəticələndi.
Düşmən tərəfindən ciddi ziyan görən işğaldan azad edilmiş ərazilər bu gün yenidən qurulur. Qarabağ gülüstana çevrilir. Bu bölgənin iqtisadi potensialı bərpa edilir.
İşğal dövründə ermənilərin “özününkiləşdirmə” siyasətinin qurbanına çevrilmiş Şuşanın tarixi memarlığına sərt müdaxilələr edilmişdir. Bu da əsrlər boyu formalaşmış memarlıq mühitinin düşünülmüş şəkildə dəyişməsinə xidmət edirdi. Ermənilərin bu siyasəti Azərbaycan mədəniyyətinin mehrabı sayılan Şuşa şəhərinin əsrarəngiz memarlıq simasına ağır zərbələr vurmuşdur. Bu baxımdan İlham Əliyevin Qarabağ memarlıq mühitinin bərpasına xüsusi önəm verməsi təqdirəlayiqdir. Dövlət başçısının göstərişilə Şuşa şəhərinin 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin və digər müxtəlif təyinatlı tikililərin bərpası quruculuq sahəsində atılmış addımlardandır. Həmçinin 1992-ci ildən dahi şəxsiyyətlərin (Xan qızı Natəvan, Bülbül, Üzeyir Hacıbəylinin) güllələnmiş və didərgin düşmüş büstlərinin doğma şəhərə qovuşması əlamətdar hadisələrdəndir.
Qədim tarixə və mədəniyyətə malik ölkəmizdə təhsilə də böyük diqqət yetirilir. Azərbaycan təhsilinin keyfiyyətinin artırılması və yüksək tələblərə cavab verməsi qarşıya qoyulan vəzifələrdəndir. Bu baxımdan xüsusilə son illər gənclərin innovativ, müasir texnologiyalara çıxış imkanlarını artırmaq məqsədilə böyük işlər görülüb. Dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilir, təlim-tədrisin yüksək səviyyədə aparılması üçün tədris ocaqları yenidən qurulur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan müasir kampus standartlarına uyğun modern memarlıq üslubunda tikilmiş və ən müasir avadanlıqlarla təchiz olunmuş Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) III saylı tədris korpusunun yenidən inşası bu sahədə atılmış uğurlu addımlardandır.
Müasir tariximizin şanlı səhifəsinə qızıl həriflərlə imza atan İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasəti, ona xalq arasında böyük rəğbət, misilsiz inam və sonsuz etibar qazandırmışdır.
Daxili və xarici siyasəti ilə xalqın əbədi etimadını qazanmış İlham Heydər oğlu Əliyev güvənli gələcəyimizin təminatçısıdır!
Ağamalıyeva Yeganə Çərkəz qızı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), dosent
Rzayeva Aynur Qəhrəman qızı
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), f.f.doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB