Histamin baş ağrıları nədir? İlk nələr yoxlanılmalıdır? - NEVROLOQ DANIŞDI
“Histamin baş ağrıları daha çox kişilərdə olur və bunun yaranmasında allergiya zamanı histaminin rolu olduğu düşünüldüyü üçün bu tip baş ağrılarına histamin baş ağrıları deyilir”. Bu fikirləri SİA-ya açıqlamasında tanınmış nevroloq Qalib Əsədov deyib.
Onun sözlərinə görə, bu ağrılar zamanı bir gözün ətrafında güclü ağrılar baş verir: “Ağrılar adətən yuxuda və səhərə yaxın olur və adətən 15 dəyqədən 3 saata kimi çəkir. Başın yarı hissəsində, göz ətrafında güclü ağrı, gözün qızarması, burun axması kimi əlamətlər də özünü göstərir. İlk olaraq düzgün diaqnoz qoymaq lazımdır ki, bu histamin baş ağrısıdır yoxsa başqa səbəddən yaranıb. Bağ ağrılarının çox növü var: məsələn bu miqrenin bir növüdür, 3-lü sinir ağrılarına oxşaya bilər və s. Bunları ayırd eləmək lazımdır. Müalicəsi isə uzun müddətlidir və iki qrupa bölünür:
1. Beyinin orqanizmdə histaminin miqdarını aşağı salan antihistamin dərmanlarla müalicəsi;
2. Eyni zamanda ağrı tutmaları baş verən zaman istifadə olunan dərmanlar.
Belə adamlar allergiya verən maddələrdən, qidalardan uzaq olmalıdırlar. Sitrus meyvələri, şokolad, bal, qoz allergiya verən yeməklər sayılır və bunlardan mümkün qədər uzaq olmalı, pəhriz saxlanılmalıdır. İstirahətlərinə fikir verməli, güclü səsdən, həyacan, gərginlikdən uzaq qaçmalıdırlar. Bu ağrıları tez-tez yaşayan şəxslər xüsusilə mango, kakos, meyvələrindən çox istifadə etməlidirlər”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB