"Naxçıvanda da belə bir mərkəzin açılması mühümdür" - MÜNASİBƏT BİLDİRİLDİ
“Dost İnklüziv Mərkəzlərinin yaradılması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ideyasıdır. Azərbaycanda bu sahədə görülən işlər əlilliyi olan, şəhid ailələri və ailə himayəsindən uşaqların və şəxslərin cəmiyyətə inteqrasiyası, onların peşə və psixoloji reabilitasiyasının həyata keçirilməsi, həmçinin həmin insanların özlərini cəmiyyət üçün daha da faydalı hiss etmələri üçün çox vacib layihədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, artıq bu layihə ölkəmizdə iki ildən artıq müddətdir ki, uğurla tətbiq olunur: “Dost İnklüziv Mərkəzinin Bakı ilə yanaşı, artıq regionlarda da filialları açılır. Belə ki, İsmayıllıda artıq belə bir filial fəaliyyət göstərir. Həmçinin, Gəncə, Qarabağ və digər regionlarda açılması gözlənilir. Naxçıvanda da belə bir mərkəzin açılması uşaqların istedadlarının üzə çıxarılması, sosiallaşması, uyğun peşələr yiyələnməsi üçün olduqca mühümdür.
Dost İnklüziv Mərkəzinin fəaliyyəti də yüksək səviyyədə qurulub. Burada mədəni-humanitar tədbirlər, sərgilər keçirilir. Əlilliyi olan şəxslərin, xüsusilə uşaqların yaradıcılıq potensialı öyrənilir və inkişaf etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB