"Belə hallar həm gülüş doğurur, həm də ağlamalıdır" - DEPUTAT İRAD BİLDİRDİ
“Din xadimlərin fəaliyyəti “Dini etiqad haqqında qanuna“ uyğun tənzimlənir. Qanunda din sahəsində fəaliyyət göstərən şəxslərlə bağlı müəyyən olunmuş tələblər var. Bu tələblərdən biri də dini təhsilin olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, müvafiq qurum dindarların işə qəbulu ilə bağlı imtahan keçirir və onun bu sahədə bilik səviyyəsi yoxlanılır: “Əgər din xadimi kimi fəaliyyət göstərən şəxsin minimum dini savadı yoxdursa, o bu fəaliyyətlə necə məşğul ola bilər? Bu baxımdan 179 din xadiminin fəaliyyətinə xitam verilməsi də qanunun tələblərinə uyğundur. Əgər bir şəxs din haqqında biliklərə malik deyilsə, o insanların arasına çıxıb nəsə danışa bilməz. Hətta danışdıqları da kökündən yalan olur. Biz yas mərasimlərində, qəbristanlıqlarda "Qurani-Kərimi" oxuyan çoxlu mollalarla rastlaşırıq ki, onların oxuduqlarının quran ayiələri ilə heç bir əlaqəsi olmur. Özləri özlərinin istədiyi kimi muğamat oxuyub çıxıb gedirlər. Belə hallar həm gülüş doğurur, həm də ağlamalıdır.
Quran ayələrini oxuyan dindar, aydın şəkildə bunu ifadə etməlidir. Həm də din xadimləri lazımi dini savada malik olmayanda radikal dini qruplar üçün meydan yaranır. Onlar da insanları din adı altında yanlış istiqamətə çəkirlər. Ona görə də müvafiq qurum tərəfindən icazə verilmiş şəxslər din xadimi kimi fəaliyyət göstərməli və insanları islam dini haqqında məlumatlandıraraq düz yola dəvət etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB