"İlham Əliyev qalib xalqın qalib lideridir" - SORĞU

"İlham Əliyev qalib xalqın qalib lideridir" - SORĞU

Müstəqillik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hakimiyyətə gəlməsi ilə başlanmışdır. İlham Əliyevin 20 il ərzində gördüyü işlər, bu fonda Azərbaycanın inkişafı danılmazdır. SİA olaraq şəhər sakinlərindən “Prezident İlham Əliyevin 20 illik fəaliyyətində uğurları haqqında nə deyə bilərsiniz” mövzusunda sorğu keçirdik.

Şəhər sakini Mustafa Abbasov: “İlham Əliyev Azərbaycanı yüksək yerlərə gətirib. Dünyada və ölkədə, istər iqtisadi, siyasi, istər Qarabağ probleminin həll olunmasında böyük işlər görüb. Xalq da razıdır. Ən böyük uğuru, məncə, xalqla birlikdə Qarabağı işğaldan azad etməsi oldu”.

Şəhər sakini Rəna Abbasova: “İlham Əliyev atasının davamçısıdır. Ən gözəl işi isə Qarabağın işğaldan azad edilməsi oldu. Bizi çox qane etdi. Allah ondan razı olsun. Dünya liderləri içərisində onun yeri savadına, intellektinə, hər bir xüsusiyyətinə görə birinci yerdədir”.

Şəhər sakini Sürəyya Salayeva: “İlham Əliyevin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Ən böyük uğuru kimi Qarabağın azad olunmasını deyə bilərəm”.

Şəhər sakini Leyla Hacılı: “13 yaşım var, 8 nömrəli məktəbdə təhsil alıram. Biz 44 günlük Vətən müharibəsində torpaqlarımızın 20%-ni işğaldan azad etdik. Zəfər qazandıq. Allah şəhidlərimizə rəhmət eləsin. Fəaliyyətində ən böyük uğuru kimi Qarabağın azad edilməsini demək istəyirəm”.

Şəhər sakini Tofiq Qasımov: “Bütün dünyadakı ən yaxşı prezident bizim prezidentimizdir. Ən böyük uğuru kimi Qarabağı işğaldan azad etdi. Bizə də bu lazım idi”.

Şəhər sakini Kamran Orucov: “Vətənim Azərbaycan” qəzetinin baş redaktoruyam. Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Onun 20 illik fəaliyyəti hər vətəndaşın, kiçikdən tutmuş böyüyə kimi hamının qəlbinə həkk olunmuş hadisələrlə yadda qalıb. Allah cənab prezidentə can sağlığı versin. Fevralın 7-də birmənalı şəkildə cənab Prezidentə səs verəcəyik. Hamını Prezidenti dəstəkləməyə səsləyirəm. Çünki cənab Prezident də Ulu Öndər Heydər Əliyevin davamçısıdır. Ən böyük uğuru göz qabağındadır. İlham Əliyev qalib xalqın qalib lideridir.

Şəhər sakini Əliş Fətəliyev: “Cənab Prezident İlham Əliyevin fəaliyyətində ən böyük uğuru torpaqlarımızın erməni işğalından azad edilməsidir. Hal-hazırda orada quruculuq, yenidənqurma işləri davam edir. Vəziyyət yaxşdır”.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə