Hamiləlik dövründə yaranan stresdən necə qorunaq? - PSİXOLOQ AÇIQLADI
“Ümumiyyətlə, hamiləlik dövrü çox əsas bir dönəmdir. Hamiləlikdən əvvəlki dövr ondan da həssas və çətindir. Hamilə insan hər zaman stres içərisindədir və hər addımında stres yaşaya bilir.” Bunu SİA-ya açıqlamasında psixoloq Vəfa Rəşidova deyib.
Onun sözlərinə görə, hamilə xanım hər zaman övladını itirəcək qorxusunu yaşayır, bu, analıq hissindən irəli gələn duyğudur: “Hətta şəxsi psixoloqu olan xanımlar belə stresdən uzaq olmaq üçün individual seanslar alırlar. Çünki stres, ümumiyyətlə, qədərindən çox olanda uşağa və anaya ciddi fəsadlar verir.
Stresdən daha çox uşağın tələf olması da ola bilər və bu kimi hallar olduğuna görə stresi ümumiyyətlə çalışırıq ki, psixoloq olaraq hamilə xanımlardan uzaq tutaq və hamilə dövründə stres, gərginlik yaşayan xanımlara xüsusi psixoloji terapiya edirik.
Bu, bir mübarizə yoludur. Stres, gərginlik varsa və insan özü-özündə bunu həll edə, azalda bilirsə, bu, gözəldir. Amma bir çox insanlar özündə stresi azalda bilmirlər və bunu özlərində yarada bilmirlər. Stres onlardan daha üstün gəlir, xanımlarda stresi idarə edə bilməmə kimi hiss olur. Onlar öz sağlamlığını, uşağını, ailəsilə necə maraqlanmasını, ev işlərini necə görsünlər deyə düşünürlər və bu onlara ağır gəldiyinə görə stres daha da artır. Ona görə hamilə xanımların yanında hər zaman dəstəkçi olsa yaxşı olar. O, psixoloq, yaxınları ola bilər, fərqi yoxdur, əsas olan o xanımın güvəndiyi insandır. Hamilə xanım da təhlükəsiz bir vəziyyətdə olmalıdır, məsələn, avtomobil sürərkən, yolda, ətrafda, insanlarla istənilən vəziyyətdə öz təhlükəsiz məkanını yaratmalıdır ki, sonradan fəsadlar olmasın.
Xüsusən də, son illərdə bu, daha çox geniş yayılmışdır, çünki indi hamilə prosesləri bir qədər çətin olub. Buna səbəb havanın, məkanın fərqliliyi, aqresiyya, insanların çoxluğu o qədər çoxdur ki, bu günləri hamilələr çox əziyyət çəkir, nəinki sovet dövründə olan hamilələr. Həm mənəvi-maddi, həm də emosional xanımlar inidiki hamiləlik dövrünü çox stresli və gərgin yaşaya bilirlər”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB