Tez arıqlamağa kömək edən mikroelementlər BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

Tez arıqlamağa kömək edən mikroelementlər BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

"Arıqlama prosesində orqanizmin ehtiyac duyduğu bir sıra mikroelementlər və vitaminlər var, birinci yerdə dəmir dayanır. Dəmir çatışmazlığı insanda enerji çatışmazlığı, yorğunluq kimi problemlərə yol açır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Dietoloqun sözlərinə görə, biz rasionumuza dəmirlə zəngin qidalar qəbul etməliyik. Məsələn qırmızı ət, ispanaq, toyuq, mərcimək, qaraciyər və s. daxil edə bilərik. Daha sonra kalsium maddələr mübadiləsini sürətləndirməyə kömək edir və arıqlama prosesində yağ yandırmağa dəstək olur. Buna görə də biz rasionumuza süd, qatıq, pendir, badam, yaşıl yarpmaqlı tərəvəzləri rasionumuza daxil edə bilərik. Daha sonra vitamin B6-ı qeyd edə bilərəm, B6 maddələr mübadiləsini tənzimləyir və bu da bizim arıqlamağımıza kömək edir. Toyuq, balıq, kartof, banan, qoz, fındıq və s. bunlarda B6 vitamini ilə zəngindir. Vitamin B12 bizim enerji istehsalımıza kömək edir, B12 ilə zəngin somon balığı, skumbriya, mal əti, yumurtadır.

Vitamin C immunitet sistemini gücləndirir və eyni zamanda antioksidant xüsusiyyətlərinə malikdir. Ona görə də rasionumuza portağal, limon, bibər, brokoli, çilək kimi qidaları qəbul edə bilərik. Bura vitamin D əlavə edə bilərik, çünki vitamin D kalsium udulmasını dəstəkləyir, sümük sağlamlığını qoruyur, eyni zamanda metobalizmanı da sürətləndirir. Biz D vitaminini artırmaq üçün günəş işığından faydalana və süd, yumurta kimi qidaları rasionumuza daxil edə bilərik. Sink immunitet sistemini möhkəmləndirir, həmçinin metabolik funksiyaları tənzimləyir. Buna görə biz rasionumuza qırmızı ət, yer fıstığı, taxıl kimi qidaları rasionumuza daxil edə bilərik. Fol turşusu arıqlamada məsləhət bildiyim mikroelementdir. Fol turşusu hüceyrələrin yenilənməsinə, qan dövranının yaxşılaşdırılmasına yardım edir. Biz fol turşusu ilə rasionumuza qidalar qəbul edə bilərik bura tünd yaşıl tərəvəzlər, yaşıl yarpaqlı tərəvəzlər, qaraciyər, sitrus meyvələri aiddir. Bu mikro elementlər, vitaminlər sağlam qidalanmanın ən vacib hissələridir və bunlar vasitəsilə daha tez arıqlaya bilərik”.

Sevilin Abbasova

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə