"Sənətkarın özünü adlandırmaq ehtiyacı olmur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Əsl sənətkar o şəxsdir ki, sənət üçün orginal, yeni nəsə edə bilib". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bildirib ki, kimisə yamsılayan, zəif nəticələri olan adam sənətkar deyil: "O, yamsılayandır. Çox təəssüf ki, insanların bir çoxu sənətkar kimi yarımçıq olsalar da, iddiaları çoxdur. İddiaları qabiliyyətlərindən artıq olan insanlar indiki zamanda xeyli çoxdur. Bir də görürsən ki, meyxana deyən biri televiziyada özünə ustad deyir. Həqiqətən böyük, ciddi şair heç vaxt özünə ustad demir. İddiası çox olan insanlar elm və başqa sahələrdə də var".
"İnsan həmişə özünü təsdiq etmək istəyir. Böyük qabiliyyəti olub sənət üçün ciddi işlər görən şəxslər bilir ki, ətrafındakı insanlar, cəmiyyət onları qiymətləndirir. Daha sənətkar olduğunu demir. Hansı şəxslər ki, yarımçıqdır, tez-tez sənətkar olduğunu səsləndirir. Elm aləmində də başqasına dissertasiya yazdırmış, yazdığı haqqında məlumatı olmayan adam özünü professor adlandırır. Sənət aləmində də xanəndəlikdən xəbərsiz biri özünü sənətkar adlandırır. Xatırlamırıq ki, Xan Şuşinski kimi dahi muğam ustadı özünü sənətkar adlandırsın. İstedadlı insanlarda özünü adlandırmaq ehtiyacı olmur. Bəzi insanlar, həqiqətən, gözəl sənətkardır, amma səsləndirirsə, onda müəyyən psixoloji kompleks var. Ümumi götürdükdə həqiqi sənətkarlar heç vaxt "mən sənətkaram" demir. Sənətkar o adamdır ki, həqiqətən də, sənət, incəsənət, hər hansı sahə üçün vacib, yeni olan nəticələri var", - deyə sosioloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB