Uşaqlıq travmamızı necə tanıya bilərik? - FAKTLAR AÇIQLANDI

Uşaqlıq travmamızı necə tanıya bilərik? - FAKTLAR AÇIQLANDI

"Uşaqlıq travmaları uşaqlıq dövründə güclü stress və çətin hadisələr nəticəsində baş verən psixoloji vəziyyətdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Onun sözlərinə görə, uşaqlıq travmalarının təkrarlanan olması, uşağa daha çox yaxınları tərəfindən edilməsi və uzunmüddətli təsirləri baxımından ən çətin travma növlərindən sayılır: "Uşaqlıq travmalarına fərdlərin 18 yaşından əvvəl məruz qaldığı cinsi, fiziki, emosional istismar, valideyn itkisi, boşanma, zorakılıq, təbii fəlakətlər, qəza və s. səbəb ola bilər. Bütün bu travmalar şəxsin düşüncəsinə, həyat tərzinə və şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir".

Günel Allahverdiyeva sözlərinə belə davam edib: "Uşaqlıq travmalarıın uşaqlara əsas təsirlərinə aiddir:

1. Davranış problemləri.

Uşaqlıq travmalarının təsirlərinə davranış pozulmaları, diqqət çatışmazlığı, hiperaktivlik, intihar cəhdləri, müxtəlif mənfi maddələrdən asılılıq kimi problemlər daxildir.

2. Emosional problemlər

Bu problemlərə depressiya, stress, narahatlıq, qəzab problemləri daxil ola bilər.

3. Fiziki problemlər

Uşaqlıq travmaları uşaqların fiziki sağlamlığına da təsir edə bilər. Bu təsirlərə baş ağrıları, yuxu problemləri, cinsi funksiyaların pozulması və s. aiddir.

4. Münasibət problemləri

Uşaqlıq tarvmaları uşaqların ətrafda olan insanlarla münasibətlərində problem yarada bilər. Bu problemlərə sosial qarşılıqlı əlaqə pozulmaları aiddir.

5. Akademik problemlər

Bu problemlərə əsasən uşaqların məktəbdə müxtəlif fənləri öyrənmə çətinlikləri, məktəb performansının azalması daxildir.

Deməli, uşaqlıqda yaranan travmaları insanın həyat boyu fiziki və ruhi sağlamlığına təsir göstərə bilir. Buna görə də uşaqlıq travması almış insanların müalicə alması və travmalarını peşəkar yardım axtararaq həll etməsi vacibdir. Müalicə insanın yaşadığı travmanın şiddətinə, müddətinə və təsirinə görə dəyişə bilər. Ümumiyyətlə, müalicəyə psixoterapiya və dərman istifadəsi kimi üsullar daxildir.

Bundan başqa uşaqlıq travması olan insanların dəstək qruplarına qatılması və ailə terapiyası alması da faydalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə