"Batil inanclar insan psixologiyası ilə əlaqəlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Batil inanclar birbaşa insan psixologiyası ilə əlaqəlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

Sosioloq bildirib ki, insanın daxili dünyasında, düşüncəsində fövqəltəbii varlığa tapınma meyli var: "İnsan hər yerdən ümidini üzəndə bir nöqtəyə təmərküzləşir və o nöqtədən mədəd umur. Bu varlığın adı Tanrıdır, Allahdır. Ona görə insanın daxilində Allaha ibadət meyli var. Bu məsələnin doğru tərəfidir. İnsana xeyli dəstək verir. Məsələnin problemli tərəfi ondan ibarətdir ki, insan bu istiqamətdə bəzən səhv ünvanlara da gedib çıxır. Hansısa şəxs iddia edir ki, xəstələrə şəfa verir, bu şəfanı Allahdan alır. Vasitəçi olduğunu deyərək insanları aldadır. İnanc düzgündür, sadəcə səhv adreslərə gedir. Batil inanclar buradan yaranır".
"Batil inancın kökündə fövqəltəbii varlığa tapınma meyli dayanır. Bizim saf sevgimizdən, meylimizdən bəzi ünsürlər istifadə edirlər. Məqsədləri də pul qazanmaqdır. Bəzən şəxsə deyil, heyvana ibadət edirlər. Məsələn, Hindistanda belə hallar çoxdur. Müəyyən heyvanları müqəddəs hesab edirlər. Yenə eyni məsələdir, Tanrıya inam ünvanı səhv salıb" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB