"Ötən il qeydiyyata alınan daşınmaz əmlaklar içərisində əsas pay torpaq sahələrinə düşür" - EKSPERT BİLDİRDİ
2023-cü ildə Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 25% artıb. Bəs daşınmaz əmlakın qeydiyyatı dedikdə onun ilk qeydiyyatı nəzərdə tutulur yoxsa buraya təkrar qeydiyyata alınan əmlaklar da daxildir? SİA mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin fikrini öyrənib.
Ekspert qeyd edib ki, 2023-cü ildə 477 531 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb. Buraya həm ilkin, həm də təkrar qeydiyyat daxildir. Burada əsas pay torpaq sahəsinə düşür: “Torpaq sahəsini kimsə kiməsə satırsa bu da qeydə alınır”.
R.Qasımzadə bildirib ki, burada qeyd olunan statistikalar ümumi qeydiyyatları əhatə edir: “Həm ilkin qeydiyyatlar, həm də yeni qeydiyyatlar buraya daxildir. Yeni odur ki, kimsə ev tikir və onun qeydiyyatı üçün müraciət edir, bu yeni qeydiyyat sayılır. 2023-cü ildə 316 596 torpaq sahəsi qeydiyyata alınıb. Bu torpaq sahələri əvvəllər dövlət torpağı olub özəlləşdirilmiş və yeni qeydiyyata alınmış da ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB