“Son zamanlarda gənclər evlənmək istəmirlər, amma bu, qorxuyla əlaqəli deyil. Bəzilərində, sadəcə, məntiqi yanaşma var ki, bu, maddi-mənəvi vəziyyətin hazır olmamağından irəli gəlir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, son dönəmlərdə hadisələri televizorda, sosial şəbəkədə çox işıqlandırırlar və ona görə gənclər bundan bir növ dərs çıxarıb, "mən buna hazır deyiləmsə, ailə qurmasam yaxşıdı” deyə düşünürlər: “Bu məsələnin pis və yaxşı tərəfləri də var, yaxşı tərəfləri, məsələn, insanlar evliliyə hazır olmalıdı, sırf evlənmək üçün evlənməməlidir, bir gəncin dərdi evlilik olmamalıdır, evlilik haqqında gənclər düşünməməlidir. Yəni, buna qədər gəncin evlilik həyatını xəyal etməsi də o qədər məqsədəuyğun bir şey deyil. Evlilik qeyri-adi bir şey olmamalıdır insan həyatında və evlilik bir prosesdir, zamanı gələndə baş verəcək. Çünki bütün diqqətini, xəyallarını ora yansıtan gənclər depressiya halları çoxalır, çünki xəyal etdiyi kimi olmursa və yaxud sevdiyi bir şəxs yoxdursa, bütün planlarını onun üzərindən qurubsa, bu, özünü məyusluğa, depressiyaya, basqaları ilə müqayisəyə gətirib çıxaracaq.
Qorxu məsələsinə gəldikdə isə, çox uzağa getməyə ehtiyac yoxdu. Bəzi gənclər öz yaşadıqları ailə modelini yaşamaq istəmədikləri və evlilik həyatının ondan ibarət olduğunu düşündükləri üçün evlilikdən qaçırlar. Qeyd etdiyim kimi, bu əsas səbəblərdən biridir, gənclər maddi vəziyyəti də, məsuliyyəti də üzərlərinə götürmək istəmirlər. Bunun səbəbi ətraflarına baxıb öhdəsindən gələ bilməyən insanları görmələridir.
Çünki bizim gənclərə verdiyimiz həyata, yaşama aid bazalar çox azdı, uşaqlar sərbəst yaşaya bilmirlər. Sərbəstliyi azadlıqdan səhv salırlar, indiki gənclərin bir çoxu özü-özünə yemək bişirə bilmir, qayğılarına qala bilmir, paltarlarını yuya bilmir, iş tapa bilmir, səhərlər oyana bilmir, yerlərini yığa bilmirlər və bu da məsuliyyəti üstünə götürməkdir.
Psixoloq gəncləri evlilikdən qorxmamağa, amma hazır olduqlarında evlənməyə çağırıb: "Sırf lazımdı deyə və yaxud nəyəsə görə ailə qurmasınlar, çünki bu, həqiqətən də, çox ciddi və son dönəmlərdə çətin bir prosesdi ailə həyatı. İndi hər şey tələb edir insanlar bir-birindən özündən həyatdan inkişaf etdikcə dünya insanın özünə aid, həyata dair tələbatları tələbləri çoxalır. O da olsun, bu da olsun onu da istəyirəm, istəyir maddi istəyir mənəvi və insanlar ancaq psixoloji sağlam olduqları halda təbii ki, fiziki sağlam olduqları, həmçinin, halda ailə qurmalıdırlar. Nə isə göz yumub ciddiyə almayıb təki ailə qurum deyən gənclər əlbəttə ki, gələcəkdə daha ciddi problemlərlə üzləşəcəklər”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB