İcazəsiz şəkillər paylaşan şəxsə nə cəza tətbiq olunur? - VƏKİL AÇIQLADI

İcazəsiz şəkillər paylaşan şəxsə nə cəza tətbiq olunur? - VƏKİL AÇIQLADI

“Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ təsbit edilib və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

Vəkil qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci - şəxsi toxunulmazlıq hüququnu müəyyən edən maddəsində təsbit edilib: "Həmçinin bu maddənin tələbinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Beləliklə, şəxsin razılığı olmadan sosial şəbəkədə foto və ya video formasında şəxsi görüntüsünün paylaşılması bu baxımdan yolverilməzdir.

Cinayət Məcəlləsinin 156-cı maddəsində isə şəxsi həyata toxunulmazlığını pozulmasına görə məsuliyyət müəyyən edir. Bu maddəyə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılmasına yol verən şəxslər 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə