Bayağı mahnılara tələbat niyə çoxdur? - MÜNASİBƏT BİLDİRİLDİ

Bayağı mahnılara tələbat niyə çoxdur? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bəzən deyirlər təlabat nədirsə ona uyğun mahnılar yazılır, müğənnilər onu oxuyur". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, bu, absurddur: "Bu iddia öz bayağı mahnılarını dinlədə bilmək üçün uydurulmuş yalandır. Təlabat bu deyildi, amma zövqü dəyişmək uğrunda görülən işlər nəticəsində təlabatı belə edə bildilər. Bir xalqın musiqi zövqünü bu qədər dəyişə bilmək də hər dövrdə mümkün olmur, bu dövrdə bacardılar".

O, bildirib ki, gənc nəsilin zövqünü formalaşdırmaq asan oldu, amma Şövkət Ələkbərovaya, Rəşid Behbudova, Oqtay Ağayevə, Akif İslamzadəyə qulaq asan köhnə nəsil indi kimlərə qulaq asır, insan dəhşətə gəlir: "Məktəblərdə son zəng günləri uşaqların səsgücləndiricidə qoyub oynadıqları mahnılar insanı vahiməyə salır, efirlərdə əcaib sözləri olan bayağı mahnılar ayaq tutub yeriyir. Tədricən insanların zövqünü necə dəyişdilərsə, inanmıram bərpası mümkün olsun".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə