"Patoloji sevgi neqativ bağlılıqdır" - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Sevginin müxtəlif növləri var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, ümumi olaraq sevgi sağlam və patoloji sevgi olmaqla iki yerə bölünür: "Patoloji dedikdə biz neqativ bağlılığı nəzərdə tuturuq. Bu, sevgi deyil, neqativ bağlılıqdır. Bəzən insanlar elə düşünürlər ki, sevirlər, amma bu bağlılıqdır. Qarşı tərəfdən asılı qalıb hər addımını izləyirlər. Qısqanclıq, özünü bəyənməmək, ikinci plana atmaq, o insan olmasa, hətta panik atak keçirmək belə müşahidə olunur. Əlbəttə ki, münasibətlərə çox böyük zərəri var. Çünki bir tərəfdə sağlam sevgi, bir tərəfdə isə patoloji sevgi varsa, bu münasibətlərdə mütləq bir tərəf yorulur. Ya patoloji, ya da sağlam sevən tərəf çox yorulur. Çox vaxt sağlam sevən tərəf bezərək ayrılmağa cəhd edir".
"Müxtəlif psixoloji problemləri olan insanların da sevgi həyatında problemlər müşahidə edirik. Burada da yenə asılılıq olur. Psixoloji xəstəliklər olarkən qısqanclıq artıq sayıqlama həddinə gəlib çıxır. Bu artıq ciddi xəstəlikdir. Amma hamısını patoloji sevgi saymaq olmaz. Bəzən neqativ bağlılıq olur. Bu isə sevgi deyil, bağlılıq kimi özünü göstərir. Əsl sevgidə qarşı tərəfi incitmək, onu narahat etmək, hər şeyə görə əsəbləşdirmək deyə bir şey yoxdur. Patoloji sevgidə çox vaxt qarşı tərəfin pis olmasından, ağlamasından, onu əksiltməkdən zövq alırlar" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB