2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir - YENİLƏNİR - FOTOLAR

2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovun "2023-cü ilin yekunlarına dair mətbuat konfransı" keçirilir.

Mətbuat Konfransı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baş tutur.

Konfransda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov və media nümayəndələri iştirak edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlillik təyin olunub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirdi

.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə