Pensiyalarla bağlı vacib XƏBƏR - Deputat AÇIQLADI

Pensiyalarla bağlı vacib XƏBƏR - Deputat AÇIQLADI

Bu il pensiya kapitalının 8,8 % artırılması gözlənilir. SİA Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "Əmək Pensiyaları" haqqında qanuna əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Millət vəkili pensiya kapitallarının 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacağını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə