Süni dadlandırıcıların insan orqanizminə zərərləri nələrdir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Təbii və süni dadlandırıcılar var hansı ki, aspartam E-621 kodu ilə tanınan monosodyum glutamatdır. Monosodyum glutamat dadlandırıcıdır və xüsusən ət məhsullarına vurulur”. Bu barədə SİA-ya açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib.

Onun sözlərinə görə, bu da insan orqanizmi üçün fəsadsız ötüşmür, düzdür, mənbələrdə monosodium glutamatın ziyanının olmadığı söylənilir: “Lakin bu, insanlarda asılılıq yaradır umami adı ilə tanınır. Duzlu, acı, şirin, turş dad var, bu da 5-ci dad hissini oyadan maddədir ki, Allah onu təbii olaraq pomidorda yaradıb. Çünki pomidoru yediyimiz zaman dadından ağzımız sulanır bu umami daddır. Bu dad digər tərəvəzlərdə də var, ancaq bunu süni dadlandırıcı olaraq ət məhsullarına vururlar və insanda asılılıq yaradır. Asılılıq yaradanda da o bizdə ikinci tip diyabet xəstəliyi və s. kimi hallar yarada bilir. Ona görə də insanlarda doymaq hissi olmur, acıyanda da həmən o dadlandırıcı ki təsirini buraxır beyində və gedir, istər-istəməz burger ətinə vurublarsa, burger yeyəcək, yaxud dönər ətinə vurublarsa, gedib dönər yeyəcək və s.
İşbazların hiyləsi ən çox kolbasa məlumatlarında olur. Kolbasaların yanında duranda onun ətindən, qoxusundan insan istəyir ki, onu alıb yesin. Həmin o dad beyinlərdə iz buraxıb ki, o da çox istehlakının olunmasına gətirib çıxardır.
İstehlak olunduğu zaman əlbəttə ki, tərkibində nitrat, oksidləşməyə qarşı vurulan rəngdə var. Hansı ki, insanlarda bunun yan təsirləri də istifadə olunduqca öz izini buraxır. Mən məsləhət görürəm ki, ölkəyə idxal olunan burgerləri yeməsinlər və yerli burger ətlərinə üstünlük versinlər. Yerli ətlər daha mənşəyi bəllidir, nəinki, xaricdən idxal olunan, çünki xaricdən gələn ətlərdə monosodium qlukamat istifadə olunur.
Aspartam bir maddədir. Qazlı, rəngli içkilərdə olur və bunun da istifadəsi ürək qan-damar sisteminə təsir edir, beyin hüceyrələrinin zədələnməsinə gətirib çıxardır. Bunu mikrobioloq həkimlər daha yaxşı bilirlər ki, bu kimi qidalarda, rəngli içkilərdə olan dadlandırıcılar şəkəri balanslaşdırmaq üçün vurulan fosford turşusu PH səviyyəsini aşağı salır və bu da uşaqlarda sümük inkişafına, yaşlılarda isə sümük əriməsinə gətirib çıxardır. Ona görə rəngli, qazlı içkilərdən uzaq durmaq lazımdır, eyni zamanda, bunlar boş karbohidratlar siyahsına daxildir. Hansı ki, tərkibində mineral vitamin yoxdur və olmadığı üçün də beyində orexin maddəsini azaldır, beyin hüceyrələrini zədələyir. Yəni, aspartam beyin hüceyrələrini zədələyir, fosvort turşusu sümük əriməsinə gətirib çıxardır”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB