Alimentin miqdarı necə müəyyən olunur? - VƏKİL MÜNASİBƏT BİLDİRDİ
İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.
Vəkil bildirib ki, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur: "Vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını qərəzli olaraq icra etməyən şəxslər və həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə zamanı iki min manatdan dörd min manatadək cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.
Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Ailə Məcəlləsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
Sabit pul məbləğinin miqdarı isə qanunla müəyyən edilir: Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanununa görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, UŞAQLAR üçün 235 manat məbləğində müəyyən edilir: "2024 cü il üçün sabit pul məbləğində alimentin maksimum tutula bilən məbləği 235 manatdır. 2025-ci ildə isə bu məbləğ arta bilər. 2023-cü ildə ildə 220 manat olub. Hazırda 235 manatdır. İldən ilə artır".
"Qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment uşaqların saxlanılması üçün hər ay valideynlərdən tutulan pul məbləğidir və uşaqların saxlanılması, maddi ehtiyaclarının ödənilməsi məqsədi daşıyır" - deyə vəkil əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə