Şirvan şəhərində şəhid ailələri ilə görüş keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İcra hakimiyyətindən bildirilib ki, şəhid ailələri ilə görüşdə icra hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri, din xadimləri işirak ediblər.
Əvvəlcə Şəhidlər xiyabanında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları, “Şəhid anası” memorial abidə kompleksi ziyarət olunub.
Görüşdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə əziz tutulduğu diqqətə çatdırılıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açılıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyi qeyd edilib.
Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Süleyman Bağırovun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib, önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad olunub.
Daha sonra şəhid ailələrini narahat edən məsələlərlə bağlı müraciət və təkliflər dinlənilib, həmin məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB