Atmosferdəki karbon qazının miqdarı rekord həddə çatıb

Atmosferdəki karbon qazının miqdarı rekord həddə çatıb

Atmosferdəki karbon qazının (CO2) miqdarı 1880-ci ildən bəri 45 faiz artaraq rekord həddə çatıb.
Atmosferdəki istixana qazlarının miqdarı insan fəaliyyəti, istehsal və istehlakın davamlı artması, iş və qalıq yanacaqların həddindən artıq istifadəsi səbəbindən artır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatlarına görə, sənayeləşmə dövründən əvvəlki son 400 min il ərzində atmosferdəki karbon qazının (CO2) nisbəti 200-280 ppm (milyonda hissəciklər) ətrafında qaldı.
İstixana təsirinə səbəb olan əsas qazlardan biri olan karbon qazının səviyyəsi 1880-ci ildə təxminən 291 ppm ikən, bu səviyyə 2023-cü ildə 45 faiz artaraq 421 ppm-ə yüksəldi.

Bütün xəbərlər Facebook səhifəmizdə