Rənglərin insan həyatında NƏ KİMİ ROLU VAR? - DİQQƏT! - MÜSAHİBƏ

Rənglərin insan həyatında NƏ KİMİ ROLU VAR? - DİQQƏT! - MÜSAHİBƏ

Modelyer Şəlalə Maksudovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Xanımlar öz bədən fiqurasına görə hansı geyimlərə üstüklük verməlidirlər?

- Xanımların bədən fiqurası müxtəlif cürdür. Loru dildə desəm aşağı ətrafların düz formada olmaması, ayaqları aralı olan xanımlar heç vaxt dar şalvar geyinməməlidir. Belə xanımlar daha çox enli şalvarlara üstüklük verməlidir, gödək paltarlar geyinməməlidir. Xanımların qarın və kürək hissəsində kilolar varsa, heç vaxt dar paltar geyinməməlidir. Çünki bədənə oturan geyimlər vizual görüntünü pis və xanımda olan kompleksləri daha qabarıq şəkildə göstərir.

- 30+ yaşüstü xanımlar geyim üçün hansı tonları seçməlidir?

- Mən yaşa görə tonların seçilməsinə düzgün baxmıram. Çünki fərqi yoxdur, istər sən 50-60 yaşında ol və ya 20 yaşda ol əgər rəng insana gözəl yaraşırsa o rəngə üstünlük verməlidir.

- Kişilər üçün ideal geyim hansılardır?

- Kişilərə klassikanı daha çox yaraşdırıram. Amma komfort dedikdə biz düşünürük ki, sadə, idman üslublu geyimlərə daha çox yer verilir. Lakin təbii ki, idman sport geyimləri gündəlik həyatda istifadə olunan geyimlərdir, amma işlə əlaqədar olaraq idman geyimlərinə də çox üstünlük vermək olmur. Yəni klassika öz sözünü deyir.

- İnsanı yaşından artıq daha yaşlı göstərən rəng tonları hansılardır ?

- Ümumiyyətlə rənglərin insan həyatında çox böyük rolu var. Bəzən tünd rənglər insanı yaşından artıq göstərə bilər. Məsələn qara, tünd göy, qəhvə tonu bu rənglərdəndir. Məhz bu rənglər insanın yaş artımını göstərə bilər. Amma bu rənglərdən istifadə olunaraq geyim forması düzgün seçilərsə, düşünürəm ki heç də yaşlı göstərməz.

- 18 yaşdan sonra gəclərimiz hansı tərzlərə üstünklük verməlidir?

- Gənclər məktəb həyatını bitirdikdən sonra yeniyetmə dövrünə qədəm qoyurlarsa təbii ki, onlar öz stillərini formalaşdıra, tərzini tapa bilər. Tələbəlik dövründə olan qızlarımız əlbəttə tərzli geyinib diqqəti öz üstlərinə çəkmək istəyirlər. Hər bir gənc o yaşda gözəl geyinmək istəyir.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə