Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR? - DERMATOLOQ İZAH ETDİ

Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR? - DERMATOLOQ İZAH ETDİ

Ağ saçları örtməyi və ya fərqli rənglərdən istifadə etməyi sevən xanımlar ilk olaraq saçlarını boyamaqla həll yolu tapırlar. Mütəxəssislər tamamilə kimyəvi maddələrdən ibarət olan və kəskin qoxuya malik saç boyası ilə bağlı araşdırma aparıblar. Milyonlarla qadının üstünlük verdiyi saç boyasının saç tökülməsinə səbəb olub-olmadığı və saç boyasının zərərlərinin nə olduğunu xəbərimizdə bütün detallarını tapa bilərsiniz. Bazarda müxtəlif kimyəvi maddələrdən istehsal edilən saç boyalarına çoxlu alternativlər var. Ancaq bəzilərinin tərkibindəki həddindən artıq kimyəvi maddələr saçlara zərər verə, zədələnmiş görünüş və baş dərisi problemlərinə səbəb ola bilər. Aparılan araşdırmalara görə, saç rəngini tez-tez dəyişən insanlarda saç boyasının dəri qabarmasına, şiddətli kəpəyə və hətta saçın qırılmasına səbəb olduğu sübut olunub. Mütəxəssislərin tövsiyəsi odur ki, mütləq saç boyasından istifadə etməməlisiniz və yaxud saç boyası yerinə xına seçə bilərsiniz.

Bu mövzu haqqında SİA-ya dermatoloq Vaqif Abdullayev açıqlama verib: “Saç boyaları istifadə etdikdə allergik reaksiyalar ola bilər. Allergik problemlər orqanizmizdə dərimizə hansısa yad bir cisim daxil olanda ümumreaksiya baş verir. Bizim immunitet ona bir kənardan müdaxilə reaksiyası verir. Bəzən o ifrat dərəcədə reaksiya verdiyinə görə allergik problemlər yaranır. Təbii ki, burada ən önəmlisi boyaların keyfiyyətli olmasıdır. Keyfiyyətli boyalar yaxşı brend tərəfindən istehsal olunan boyalarda allergik reaksiyalar verən komponentlərdə daha az olur. Şimali Amerikada aparılan araşdırmalar göstərir ki, ümumiyyətlə tünd rəngli boyalar xərçəng riski yaratmaq ehtimalları yaradır. Saçları ağartmaqdan, saraltmaqdan ötrü rəngaçıcı boyalar istifadə olunur ki, bu da saç strukturlarına ziyan verir. Ona görə xanımlar saç boyalarını ifrat dərəcədə çox istifadə etməməlidirlər. Bu məqamda boyalardan dincəlmələri üçün saçlara, baş dərisinə bir qədər ara verməliyik.

Şiddətli allergik olmağımıza səbəb isə immunitetimizdir. Təmas dermatit saç boyaları zamanı dərhal baş dərisini ilıq su, şampunla yumaq lazımdır. Birinci ilkin yardım bu olacaq və daha sonra isə həkim tərəfindən antihistamin preaparatlar, ağır keçirirsə topikal steroiddər və s. təyin edilir. Lakin dediyim kimi ilk olaraq o boyanı dərhal baş dərisindən yumaq lazımdır”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə