“Dəb məsələsi hər zaman cəmiyyət həyatında öz aktuallığı ilə fərqlənib. Bu, toplumun sadiq qaldığı dəyərlər sistemi ilə əlaqəli məsələdir. Azərbaycan cəmiyyətinin dəyərlər sistemini təhlil etsək görmüş olarıq ki, burada əsasən türk və islam dəyərləri dominantlıq təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov bildirib.

Onun sözlərinə görə, əlbəttə yeniliklər olsa da belə istənilən məqamda islam dininin gətirdiyi əxlaq normaları, dəyərlər, qadağalar və yaxud da xanımların geyimi ilə bağlı bəzi məsələlər cəmiyyət həyatında daimi müşahidə olunub. Azərbaycanda bu gündə kifayət qədər hicablı xanımlar var. Məsələ burasıdır ki, hicab geyinən xanımlar bəzi hallarda cəmiyyətdə qınaq obyektinə tuş gəlirlər. Hətta dövlət qurumlarında, özəl şirkətlərdə belə işə götürüldükləri zaman hicab problemləri ilə qarşılaşa bilirlər. Əks düşərgə isə tamamilə dini mahiyyətli geyimin əksinə olaraq, müasir dövürün dəbi kimi qəbul etdikləri geyim tərzlərinə üstünlük verirlər. Ümumiyyətlə cəmiyyət özü çox mürəkkəb sistemdir. Ona görə də cəmiyyətin daxilində istər geyim, dəb, istərsə də digər aktual olan məsələlərə görə münasibət fərqli olub. Düşünürəm ki monoton cəmiyyətin olması əslində mümkün deyil. Belə bir münasibətin olmasıda təəccüblü deyil, çünki tərəflər bir-birini tənqid edə bilər. Düşünürəm ki, sonda çıxış yolu qarşılıqlı razılıqdır. Eyni zamanda Azərbaycan dövləti öz tolerantlığı ilə fərqlənir. Bugünkü gündə burada müxtəlif dinlərə sahib insanların, əqidə daşıyıcılarının biz birgə tolerant yaşayışını da görə bilirik. Necə ki, digər dinlərə, onların nümayəndələrinə, etiqatlarına, dini davranışlarına Azərbaycan cəmiyyətində dözümlü münasibət var. Düşünürəm ki, bu eyni zamanda geyim məsələlərinə də aid olmalıdır. Tərəflər, müxtəlif dəyərlərə sadiq olan cəmiyyətdə ki sosial qruplar, birliklər qarşılıqlı anlaşma dözümlülük mühitində qarşılıqlı razılıq dialoq şəkilində öz fəaliyyətlərini davam etdirməlidirlər. Əks mövqeydə qalmaq isə istər-istəməz cəmiyyət daxilində sosial qruplar arasında radikal davranışların meydana çıxmasına səbəb ola bilər.
Dəbin formalaşması eyni zamanda o dəyərlərə sadiq qalmaqla müəyyənləşə bilən bir hadisədir. Məsələn, Azərbaycanda dindar camaatlar arasında Peyğəmbərin (s.ə.s.) dövründəki kimi geyinməyə, onun etdiyi davranışlara bənzəməyə çalışan dindar insanlar var. Onlar bəzən geyindikləri geyimlərdə sanki özlərini VI-VII əsrə aparmağa çalışırlar. Düşünürəm ki bu əslində o qədərdə vacib məsələ deyil, yəni dərindən fikirləşdikdə bir insanın əxlaqı tək onun geyimindən asılı deyil. Geyim məsələnin bir tərəfidir, əlbəttə əxlaqi dəyərlərə sahib qalan insan mütləq öz geyimində də o əxlaq normalarını gözləyəcəkdir. Amma oda lazım deyilki XXI əsrdə özünü daha öncəki əsrlərdə yaşamış hansısa tarixi şəxsiyyətlərə, həmin dövrün insanına, Peyğəmbərlərə və s. bənzətməklə bu dövrdə yaşamaq mənə görə biraz mümkünsüz birşeydir. Cəmiyyətdə insanlar tərəfindən müəyyən qıcıq yarada bilir, o qədər də normal qarşılanmır. Əxlaqlı bir geyim nümunəsi olsa belə sanki cəmiyyətdə o bugünki müasir cəmiyyətdə gerilik əlaməti kimi qəbul olunur. Azərbaycan cəmiyyətinin ümumiyyətlə çox insanların üzərində kəskin nəzarəti var. Əslində nəzarət ümumən yaxşıdır lakin tam ifrat dərəcədə olmamalıdır, kim nə geyindi, hansı aftomobili sürdü, kim hansı davranışları sərgilədi və s. Ümumən seyredici olmaq lazımdır, lakin ifrat dərəcədə olmaq təhlükəli və cəmiyyət daxilində gərginlik yaradır.
Cəmiyyətə baxışda strukturalistlər var və onlar hesab edirlər ki, fərdin davranışı, dünya görüşü məhz cəmiyyətdə oturuşmuş dəyərlər sistemindən birbaşa asılıdır. Sosial faktlar bir şəkildə fərdlərin davranışını formalaşdırır. Fərdlər ona uyğun qadağalara, qanun qadağalarına, əxlaqi normalara uyğun öz fəaliyyətlərini nizamlayır. Əks düşərgə isə individualistlərdir. Onlar hesab edirlər ki, bir fərd üçün cəmiyyətdə oturuşmuş olan əxlaq norma sistemləri o qədər də əhəmiyyətli deyil. Əgər bu günki baxış, dəyərlər sistemi fərdin düşüncəsinə görə doğru deyildirsə, o özü üçün doğru olanı seçəcək. İstər geyimində, istər davranışında, istərsə də hər cür fəaliyyətində ona sadiq qalacağdır. Bu iki baxışın sosioloji nəzəryələri həmişə tarixəndə belə olub. Ümumiyyətlə seyredici olmaq lazımdır, lakin ifrat dərəcədə olmaq təhlükəli və cəmiyyət daxilində gərginlik yaradır. Məncə orta yol tapıb cəmiyyətdə harmoniya gətirəcək bir münasibət əsasında biz öz toplumumuzu inkişaf etdirməliyik".
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB