Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa adam oğurluğu? - VƏKİLDƏN MÜNASİBƏT
"Əgər iki nəfər yəni qaçırılmış sayılan qız və onu qaçıran şəxs bunu planlı şəkildə və hər ikisinin həqiqi iradəsi, arzusu ilə etmişdirsə, tərəflərin yetkinlik yaşına çatdığı hallarda bu hal cinayət tərkibi yaratmır". Bu sözləri SİA-ya açıqlamasında vəkil Əfifə Əsgərova deyib.
Vəkil bildirib ki, Azərbaycanda qızların nikaha daxil olma yaşı 17 yaşdır: "Lakin əgər qız onun iradəsi ziddinə qaçırılırsa, bu hal şəxsin azadlığı əleyhinə törədilmiş cinayət hesab olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən adam oğurluğu kimi tövsif edilir. Təbii ki, qeyd etdiklərim adam qaçırmada niyyətin evlənmək olduğu hallarla bağlıdır".
"Bundan əlavə Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs tərəfindən aşkar surətdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləretmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni belə olan halda qızı iradəsi ziddinə qaçırmış şəxs evlənmə niyyəti olsa belə, hər iki maddəyə əsasən cinayət məsuliyyəti daşıyır" - deyə vəkil sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB