Bədən dili nədir və onu necə anlaya bilərsiniz... - PSİXOLOQ FİKRİ
"Bədən dilinin insan həyatında rolu çox böyükdür". Bu sözləri SİA-ya açıqlamsında psixoloq Gülər Məmmədova deyib.
Psixoloq bildirib ki, qarşılıqlı münasibətlərə daxil olarkən istər iş görüşməsində, cəmiyyət içində, istər bütün vəziyyətlərdə, situasiyalarda insan ünsiyyətdə olarkən bədən dili də danışır: "Bədən dilinin danışması zamanı insan qarşı tərəfə çox böyük informasiya ötürmüş olur. İnsanın həyəcanlanması, bədən dili ilə bir çox informasiyaları ötürməsi ilkin olur. İlkin təəssüratlar vizual olaraq bədən dili ilə göstərilmiş olur. Bəzən bədən dili çaşdırıcı da ola bilər. Çox insan bədən dili ilə bağlı informasiyaları oxuduqlarından artıq bu mövzuda daha peşəkar olurlar. Bəzən özlərini fərqli təqdim edirlər. Ona görə bədən dili insanın həyatında çox mühüm rol oynayır. Peşəkar insanlar iş görüşməsinə gedərkən bunu nəzərə alaraq öz bədən dillərindəki jest və mimikalardan doğru istifadə edirlər ki, yanlış informasiya ötürməsinlər. İnsanın həyəcan pozuntusu hər cür halda bədən dili ilə büruzə verilir. İnsanın özündən xəbərsiz olaraq bu ünsiyyət zamanı ortaya çıxır. Yaxşı olar ki, insanlar bədən dili haqqında məlumatları öyrənsinlər".
Psixoloq əlavə edərək deyib ki, sağlam ünsiyyətə daxil olmaq üçün kommunikator(danışan) və resipientin(dinləyən) bir-birlərini qarşılıqlı anlaması, dərk etməsi zamanı bədən dili mühüm rol oynayır: "Jestikulyasiyadan istifadə edən insanlar emosional olurlar. Onlar daim əl-qol hərəkətləri, üz mimikası ilə danışaraq informasiyanı daha dolğun, ürəkdən çatdırmaq istəyirlər. Bu cür insanlar ekstravert olaraq ünsiyyət dolu, cəmiyyətdə ətrafında dost-tanış olmasını sevən insanlardır. Bədən dili haqqında kitablarda, saytlarda çox mövzular var. Bu haqda oxuyaraq məlumatlanmaları, informasiya toplayıb danışan zaman qarşılıqlı münasibətlərə daxil olarkən bədən dilindən düzgün istifadə etmələri tövsiyə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB