“Təşviş pozuntusu stresli vəziyyətdə bədənin verdiyi reaksiyadır. Burada adətən həyəcan, qorxu, narahatlıq, ürək döyüntüsü, nəfəs darlığı və s. kimi əlamətlər təzahür edir. Bu əlamətləri insanlar çox vaxt panik atakla səhv salır. Əslində isə təşviş pozuntusu və panik atak fərqli anlayışlardır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq bildirib ki, təşviş pozuntusu müalicə olunur: “İlkin əlamətləri isə mədə ağrıları, mədə-bağırsaq və həzm sisteminin pisləşməsini qeyd etmək olar. Bu pozuntu, adətən, uşaqlıq dönəmində formalaşır və hər hansı travmatik hadisədən əmələ gəlir. Təşviş pozuntusuna insanın iradəsi daxilində olmayan, yəni özündən asılı olmayaraq təkrarlanan davranışları da daxil etmək mümkündür. Tez-tez əlini yumaq, assimmetriyaya diqqət etmək, kimdəsə gördüyü hərəkəti dəfələrlə təkrarlamaq da təşviş pozuntusu əlamətlərindəndir.
Həmçinin, bunun şiddətlənmiş formasına panik pozuntu da daxildir. Panik pozuntunun zamanı isə heç bir təşvişə səbəb olmadan, insana sanki bir anda həyacan gəlir. Hətta o həyəcanı insanlar “öləcəm, infarkt olacam” kimi hiss edə bilir, yəni o qədər güclü bir panika yaranır.
Bu pozuntuların içərisində posttravmatik stres pozuntuları var. Burada isə bəlli bir stresli travmadan sonra yaranan təşviş pozuntusu nəzərdə tutulur.
Generalizə olunmuş və sosial təşviş pozuntusu var. Generalizə olunmuş təşviş pozuntusu zamanı insanın hər zaman, hər şeydən həyacan və narahatlıq keçirməsidir. Sosial təşviş isə insanların çox olduğu yerlərdə sosiallaşma ilə bağlı yaranan həyəcan pozuntusudur.
Müalicəsində isə müxtəlif formalar var. Belə ki, həm psixoloq, həm də nevropatoloqla çalışa bilərlər.
Çünki problemin dərman müalicəsi və terapevtik psixoloqla danışıq formasında olan müalicə üsulu mövcuddur. Təbii ki, müalicə üsulunun seçilməsi də təşviş pozuntusunun hansı səviyyədə olmasından asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB