İntihara meyilli olan insanlar BƏLLİ OLDU - MÜNASİBƏT BİLDİRİLDİ
"Son illərdə dünyada və Azərbaycanda cəmiyyət getdikcə mürəkkəbləşir". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu deyib.
Sosioloq bildirib ki, mürəkkəbləşən cəmiyyətdə insanların əksəriyyəti psixoloji cəhətdən həssaslaşır: "Bir qrupunda müəyyən ruhi nasazlıqlar yaranır. O demək deyil ki, ruhi nasazlıq yaranırsa, onlar intihar edə bilərlər. Hər adam intihar edə bilmir. Bəzi insanlar var ki, anadan olanda onlarda bu kompleks olur. Belə insanları təcrübəli insanlar üzdən də fərqləndirə bilir. Çünki intihara meyilli adamların üz quruluşunda müəyyən cizgilər olur. O cizgidə olanların da hamısı intihar eləmir. O adamlar intihar edir ki, cəmiyyətdə həm özlərini təsdiq edə bilmirlər, həm də gələcək haqqında təsəvvür, gələcəyə inamları yoxdur. Gələcəyə pessimist ovqatla baxır, gələcəkdən qorxurlar. Öz gələcəklərini aydın görmürlər. Normal həyatda da özlərini təsdiq edə bilmirlər".
O, əlavə edərək deyib ki, bu adamları əvvəldən müəyyənləşdirmək olar: "Əgər intihara meyillilik cizgiləri üzündə varsa, özünü cəmiyyətdə nə qədər təsdiq edə bilir, söhbət edərkən gələcək haqqında nələr danışır, bunlarla həmin adamın intihar etmək ehtimalının olduğunu bilmək olar. Onlara xüsusi yanaşıb bu yoldan çəkindirmək mümkündür. Önə görə cəmiyyətdə bu sahədə bəzi işlər görülməsinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB