İraq və Suriyadan 63 nəfər Azərbaycana gətirilib

İraq və Suriyadan 63 nəfər Azərbaycana gətirilib

2023-cü ildə İraq və Suriyadan ölkəmizə deportasiya olunmuş 63 nəfər Azərbaycan vətəndaşı reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub. SİA-nın xəbərinə görə, bunu Sosial Xidmətlər Agentliyinin (SXA) 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.

O qeyd edib ki, hazırda 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə