Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti nəticəsində Azərbaycan dövləti uğurlu inkişaf yolu keçmişdir. Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın da inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmişdir. SİA olaraq gənclər arasında "Prezident İlham Əliyevin 20 illik fəaliyyətində Azərbaycan hansı inkişaf yollarından keçdi?" mövzusunda sorğu keçirdik.

Gülşən Əhmədzadə: "İlham Əliyevin ən böyük uğuru 2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızın qaytarılmasıdır. Daha sonra bu siyasət davam etdirildi. 2023-cü ildə antiterror əməliyyatından sonra torpaqlarımız bütöv halda birləşdi. Daha sonra 2023-cü ildə Xankəndi stadionunda 30 ildən sonra ilk dəfə futbol matçı keçirildi. Bu oyunda antiterror əməliyyatı nəticəsində şəhid olmuş hərbçilərimizin övladları iştirak etdilər. Prezident İlham Əliyev iştirak etdi. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. İnsanlar hissə-hissə evlərinə köçürülürlər. Mən bir gənc kimi İlham Əliyevin siyasətini dəstəkləyirəm. Fəxr edirəm ki, qalib dövlətimizin vətəndaşıyam. Seçkilərdə də fəal iştirak edəcəyəm, gəncləri də buna səsləyirəm".

Yasəmən Ağazadə: "Azərbaycanın hazırki rəhbəri Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevdir. Azərbaycanda Heydər Əliyev siyasəti hökm sürməkdə davam edir. İlham Əliyev bütün dünyada Azərbaycan xalqının başçısı və Azərbaycan xalqının iradəsini təmsil edən müstəqil Azərbaycanın prezidentidir. İlham Əliyev Heydər Əliyevlə birlikdə neft strategiyasının formalaşdırılmasında, onun beynəlxalq aləmdə uğurla həyata keçirilməsində, bununla bağlı çoxsaylı layihələrin planlaşdırılmasında, son dərəcə çətin diplomatik tapşırıqların yerinə yetirilməsində, ölkəyə kapital axınında əsas rol oynamışdır. Onun ölkədə aparılan iqtisadi islahatlara, müstəqil Azərbaycanın digər xalqlarla iqtisadi və mədəni əlaqələrinin inkişafına verdiyi töhfələr, xüsusən də neft və qaz yataqlarının birgə işlənməsinə dair dünyanın aparıcı neft şirkətləri ilə tarixi müqavilələrin bağlanması və icrası haqqında saziş kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, ümumilikdə əhəmiyyətli olmuşdur. İlham Əliyevin enerji strategiyası çərçivəsində Azərbaycan xarici korporasiyalarla neft müqavilələri imzalayıb və 1994-2000-ci illər arasında həmin şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində stimul verib. Azərbaycanın neft sənayesində 30 mindən çox yeni iş yerləri yaradılıb".

Nüranə Məmmədova: "Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 ildən artıqdır ki, ölkə başçımızdır. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. Il Qarabağ müharibəsindəki qələbəmiz və 30 il əsarətdə qalan torpaqlarımızın azad edilməsi prezident İlham Əliyevə qoyulan etimadı doğrultdu. Xalqımızın birliyi və bu birlikdən doğan güc prezidentimizin məqsədyönlü xarici siyasəti ilə tamamlanaraq vahid Azərbaycan yaratdı.
21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir. Yeridilən uğurlu siyasət , düşünülərək atılan addımlar ölkənin gözlə görülən inkişafınında xəbərçisidir".

Əfranə Həsənli: "Müstəqil dövlətçilik dövrünün inkişafında yeni mərhələ müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə başlamışdır. O, ölkəmizin tarixində yeni bir tarixi inkişaf erasını meydana çıxarmışdır. Dahi şəxsiyyət dünyanın qüdrətli liderləri ilə bir sırada dayanır. Müstəqil Azərbaycan Respublikası üçün İlham Əliyev erası Azərbaycanın çoxəsrlik tarixində xüsusi mərhələ olmaqla bərabər, eyni zamanda da müstəqillik dövrünün taleyüklü məsələlərinin həlli mərhələsidir. Dahi liderin 20 illik fəaliyyətinin ən böyük zirvəsi 43 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdir. 20 sentyabr 2023-cü il tarixində Qaradağda keçirilmiş antiterror tədbirləri ilə də qalib Ali Baş Komandan daha mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan xalqının və dövlətinin həyatında olan bu xüsusi tarix xalqımıza ümummilli lider Heydər Əliyevin töhfəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB