Azərbaycanda yeni virus yayılıb? - ÖZÜMÜZÜ NECƏ QORUMALI - HƏKİM İZAH ETDİ

Azərbaycanda yeni virus yayılıb? - ÖZÜMÜZÜ NECƏ QORUMALI - HƏKİM İZAH ETDİ

Ümumiyyətlı “X" adlı virus yoxdur. Burada sadəcə olaraq bizi qarşıda gözləyən pandemiyalar, yayılmış infeksiyalardan söhbət gedir. Ümundünya Səhiyyə Təşkilatı insan sağlamlığına təhdid olan 10 amildən biri kimi bizi qarşıda qrip pandemiyasının gözlədiyini bildirir. Bu pandemiya gec-tez mütləq baş verəcək”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qrip mutasiyaya uğrayır və nə vaxtsa qorxulu hal alacağı, pandemiyaya səbəb olacağı gözləniləndir: "“X" virusu dedikdə də məhz pandemiya yarada biləcək hər hansı xəstəlik, virus nəzərdə tutulur. Bu gün dörd konkret infeksiyalar, qrip, Covid-19 göstərir ki, dünya hər an pandemiya və təhlüləkəli situasiyalara hazır olmalıdır. Pandemiyalar isə bəşəriyyəti çox aciz vəziyyətə sala bilər. "X" virusu deyildikdə də məhz bunlar nəzərdə tutulur”.

Bütün xəbərlər Facebook səhifəmizdə