Xəyanətə uğrayan qadın necə davranmalıdır - PSİXOLOQ RƏYİ

Xəyanətə uğrayan qadın necə davranmalıdır - PSİXOLOQ RƏYİ

“Xəyanət ağır mövzudur və səsləndiyi kimi asan bir hadisə deyil”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, xəyanət birbaşa olaraq səbəb hər nə olursa-olsun bir qadının özünə olan münasibətinə, dəyərinə, güvəninə təsir edir: “Əvvəllər cəmiyyətdə qadını daha çox qınayırdılarsa, əksinə indi kişini qınamağa başlayırlar və problemin onlarda olduğu söylənilir. Burada anlamaq lazımdır ki, nə qədər cütlük, münasibətlər varsa bir o qədər fərqli səbəb və məqamlar var. Xəyanətin səbəbi həmişə eyni olmur. Bütün kişilər və qadınlar da eyni deyil. Kimsə bunu acı bir şey kimi qarşılaya, kimsə isə əksinə buna hazır imiş kimi qəbul edə bilər. Bu hadisələr insanlarda müxtəlif psixakalar olduğu üçün fərqli nəticələr verir. Anlamaq lazımdır ki, bu cür vəziyyətləri yaşayan qadınlara kənardan ağıl vermək lazım deyil. Çünki onun nə yaşadığını, nə vəziyyətdə olduğunu aşağı-yuxarı anlayırıq və bəlkə də ona dəstək lazımdır. Kimsə deyir ki, “Dərhal o adamdan ayrıl”. Psixoloqlar bu cür məsləhətlər vermir və burada insanın özünə seçim buraxmaq lazımdır. Deyilə bilərki “Xəyanət varsa, hərşey bitməlidir” lakin elə insanlar var ki xəyanətə eyni cür yanaşmır. Müxtəlif ailələrdə böyüyən, müxtəlif dünya görüşünə sahib olan insanlar mövzuya fərqli yanaşırlar. Onlara “Biz bu cür baxırıq səndə bu cür bax” deyə bilmərik.

Qadın üçün istənilən halda bu ciddi stressdir və bu stressin üstəsindən gəlməlidirlər. Elə qadınlar var ki, dərhal qərar verməyi üstün tuturlar. Mən psixoloq olaraq ani qərarlardan uzaq durmağı tövsiyyə edirəm, çünki insan emosional olub və yalnış şeylər edə bilər. Ən yaxşı variant əgər insan hiss edirsə ki, bu əslində o qədərdə böyük problem deyil, heç kimi dinləməyib işi peşəkar psixoloqa buraxmalıdır. Bəzən psixoloqlar deyirki heç bir halda barışmaq söhbətlərini düşünməsinlər.

Kişilər unutmasın ki, xanımlar bunu beynində nə etsə də bağışlaya bilmir. Əgər belə bir şeyi qərar veriblərsə, addım atmağı düşünürlərsə bilin ki xanımın bu fikirində həmişə bir yerdə qalacaq. Artıq o vəziyyətdən necə çıxacaq, nəyə çevirəcək, hansı duyğu ilə əvəzləyəcək onu biz öncədən bilmərik. Amma yenə də boşanmağa qərar verirsizsə tövsiyyə edərdim ki, peşəkarla sağlam şəkildə bunu həyata keçirəsiz. Lakin birlikdə qalmağı düşünürsüzsə rəfiqə, ana, bacı olmamalıdır, çünki burada duyğular var. Yad, peşəkar insanla bu dövrü atlamağı, sağlam davranmalı, bu vəziyyətdən çıxmağa kömək edən insandan addım atmağı tövsiyyə edirəm”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə