"Sosial şəbəkə yoxsa sosial təhlükə..." - EKSPERTDƏN VACİB AÇIQLAMA
“Bu gün yeni bir reallıqda yaşayırıq. İnternet əsri, rəqəmsal cəmiyyət əsrində sosial şəbəkələrin fəal istifadəsi təbiidir və başadüşüləndir”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, sosial şəbəklələrin hansı məqsədlərlə istifadə olunması məsələsi diqqətdə saxlanmalıdır: “Məsələn bu dəqiqə daha çox populyar olan "TikTok" sosial şəbəkəsidir. Bu şəbəkə Çində ərsəyə gəlib. Buna baxmayaraq "Çin TikToku" ixrac edilən variantından istifadə etmir, öz ölkəsi üçün xüsusi versiya yaradıb. Bunun Çində istifadə edilməməsinə səbəb faydası olduğu kimi zərərlərinin də olmasıdır. Misal üçün Çində uşaqlar bu şəbəkədən ümumiyyətlə istifadə edə bilməz, böyüklər isə gecə saat 22:00-dan səhər saat 08:00-a qədər istifadə edə bilməzlər”.
Sosioloq bildirib ki, sosial şəbəkə vahidləri həm də sarı informasiyalar yayır: “Bu şəbəkələrdə əxlaqa, hüquqa zidd informasiyalar yayılır. Həm də qadağan olunmuş məhsulların satışı, zərərli vərdişlərin təbliği bu sosial şəbəkə vasitələrində olduğu üçün bir sıra Avropa ölkələri buna qarşı tədbirlər görür. Bizdə də bununla bağlı xeyli irəliləyişlər var. Ölkə başçımız uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun imzalayıb. Eyni zamanda bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var. O cümlədən "Media Haqqında" Qanunda da sosial şəbəkə fəaliyyətləri ilə bağlı məsələlər var. Sosial şəbəkələr və bloggerlik fəaliyyətində hüquqa və əxlaqa zidd davranışlar belə qənaətə qəlməyə əsas verir ki, Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul oluna bilər. Əgər fəaliyət varsa orada qanun olmalıdır. Güman edirəm ki, bununla bağlı Azərbaycanda qanunvericilik bazası təkmilləşəcək yaxud ayrıca bir qanun qəbul olunacaq”.
Ü.Şəfiyev qeyd edib ki, bəzi sosial şəbəkə vasitələrinə elə gəlir ki, onlar orda kimi istəsə təhqir edə, alçalda bilərlər: “Onlar unudur ki, real həyatda olduğu kimi virtual həyada da onların fəliyyətinə nəzarət olunur. Onların hər bir hüquqazidd fəaliyyəti məsuliyyət yaradır. Bununla bağlı televiziyalarda, elə sosial şəbəkələrin özündə də sosial çarxlar vasitəsilə istifadəçilərə mesaj ötürülməlidir. Onlar bilməlidir ki, məsuliyyətsiz deyillər, heç kimi aşağılamamalıdırlar, sarı informasiyalarla psixologiyası bərkiməmiş uşaqların beynini zəhərləməməlidirlər, onların mənfi sosiallaşmasına şərait yaratmamalıdırlar. Uşaqların sosiallaşmasında təkcə ailə-məişət yox, eyni zamanda KİV-lər və sosial şəbəkələr iştirak edir. Bu baxımdan sosial şəbəkələrdə sağlam informasiyaların verilməsinə nəzarət edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB