Ətin köhnə olduğunu necə anlayaq? - ŞOK FAKTLAR - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Kəsimdən sonra soyuducuda mühafizə olunan ət məhsullarının müddəti iki gündür. Əgər ət məhsulları dərin dondurucuya qoyularsa, o zaman ömrü 6 aya qədər uzana bilər”. Bu barədə SİA-ya açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib.
Onun sözlərinə görə, ət məhsullarının xarab olub-olmamasını ətin rəngindən anlaya bilərik: "Ət əgər qaralıb və yaşıl rəngə dönərsə, bu zaman ətin çirklənmiş olduğu büruzə verilir. Bu mikrobioloji çirklənməyə məruz qalmış ət hesab olunur, eyni zamanda ağır qoxu gəlir və ət şirə salır. Bu zaman o ətdən uzaq durmaq lazımdır və istehlak etmək olmaz, çünki ətin tərkibində olan patogen bakteriyaların çoxalması nəticəsində, zəhərlənmə halı baş verə bilər. Hansı ətlərə üstünlük verilməlidir deyə soruşsaz, təbii ki, qoyun əti ən yaxşı ətdir. Ürək qan-damar sistemi və təzyiqdən əziyyət çəkənlər həkim nəzarəti altında istehlak etməlidirlər. Onlar yağsız ətlər yeməlidir, yəni dana əti, mal əti və s. Amma xırda buynuzlularda (quzu, qoyun) ətinə üstüklük veririk. İri buynuzlularda isə yaxşı keyfiyyətli ət dana ətidir. Lakin büdcəyə görə inək əti də alıb istehlak etmək olar”.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB