Bakı qışa hazırdırmı? - QURUMDAN RƏSMİ AÇIQLAMA VERİLDİ

Bakı qışa hazırdırmı? - QURUMDAN RƏSMİ AÇIQLAMA VERİLDİ

Güclü qar yağmasa da, qar yağacağı ilə bağlı xəbər verildiyi andan bəri bütün xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentindən məlumat verilib.

Məlumatda şəhər və rayon icra hakimiyyətlərinin rəhbər heyətlərinin gecədən ərazidə olduqları bildirilib. Şəhərin bir neçə ərazisində texniki duz ehtiyyatı yaradılıb. Gecə sürüşmə ehtimalı olan küçələrə isə artıq texniki duz səpilib. Hazırda da bütün texnika hazır vəziyyətdədir. Qar gücləndiyi təqdirdə dərhal təmizlik işlərinə başlanılacaq.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə