EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ - "Kurslar gəncləri universitetdən uzaqlaşdırır"

EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ - "Kurslar gəncləri universitetdən uzaqlaşdırır"

“Ölkə üzrə hamıya məlumdur ki, orta məktəblər və universitetlər proqramdan kənar işlərə vaxt ayıra bilmir və ya bu sahədə çatışmazlıqlar yaşayır”. Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Elçin Murad deyib.

Ekspertin sözlərinə görə, ölkədə olan təlim kursları olmasa, fikrimcə, müəssisələr istədikləri vakantları tapa bilməyəcəklər: “Təbii ki, aralarında yararsız olan təlim mərkəzləri var. Burada da o mərkəzə müraciət edən şagirdlər, abituriyentlər, tələbələr və valideynlər diqqətli olmalıdırlar. Ölkədə kiçik sahibkarlıq fəaliyyətinin yaradılması ilə bağlı heç bir qanun pozuntusu yoxdur, lakin əvvəldə də qeyd etdiyim kimi valideynlər və digər şəxslər hansısa bir kursa müraciət etdiyi zaman onu araşdırmalı və sonra seçim etməlidirlər”.

E.Muradın fikrincə, hər hansı sahədə diplomu olmayan şəxs (və ya şəxslər) o işlə məşğul olmamalıdır: “Ona görə yox ki, həmin şəxslər savadsız, biliksiz olurlar, ona görə ki bu sonradan gələn şagirdlər abituriyentlər üçün mənfi fikir formalaşdırır. Artıq abituriyent düşünür ki, universitetə qəbul olmasam, üç-beş ay hansısa bir sahə üzrə kursa gedib işləməyə başlayaram. Bu da özlüyündə savadsızlığa və kütləvi pərakəndəliliyə səbəb olur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə