7 saylı "ASAN xidmət"də görüş keçirilir - YENİLƏNİR - FOTOLAR

7 saylı "ASAN xidmət"də görüş keçirilir - YENİLƏNİR - FOTOLAR

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı 7 saylı "Asan Xidmət" mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması müşahidə olunur. SİA xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, valideynlər və media nümayəndələri iştirak ediblər.

Nurlan İsmayılbəyli müsahibəsində bildirib ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb: "I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib".

Valideynlər elektron qeydiyyatla bağlı müsahibə verib razılıqlarını bildiriblər. Onu da qeyd edək ki, paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı vətəndaş müraciətləri davam edir. Daxil olan 403 vətəndaş müraciəti (15-24 yanvar tarixlərində) cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə