"Hansı yaşda evlənib evlənməyəcəyini insan özü təyin etməlidir" - PSİXOLOQ BİLDİRDİ
“İnsan evlilik dönəmini özü təyin etməlidir, seçməlidir. Ruh yaşı hazır olduğunda isə bu addımı atmalıdır. Azərbaycanda bu, vəsiqə yaşı ilə təyin edilir”. Bu barədə SİA-ya açıqlamasında psixoloq Vəfa Rəşidova deyib..jpg)
Onun sözlərinə görə, kiməsə görə 23, kiminə görə 25, hansısa rayondakı düşüncəyə görə isə 20 yaşdan sonra evlilik üçün yaşın keçmiş olur: “Amma burada nəzərə almaq lazımdır ki, insanın ruh yaşı evliliyə hazır olmalıdır. İnsan özünü buna hazır bildiyi yaşda evliliyə doğru addım atmalıdır”.
Psixoloq bildirib ki, evliliyə məcbur edilən ailələrin vəziyyəti görünür: “Ya boşanırlar, ya da bir evin içində boşanmış kimi yaşayırlar. Guya ki, bir yerdədirlər, amma ayrıdırlar. Yaxud da bütün gün şiddət, təhqir, istismar yaşanır. Sevgisiz, məcbur qurulan ailələrdə o qədər problemlər yaranır ki, sonradan o şəxslər onları məcbur evləndirən valideynlərin həm maddi, həm də mənəvi olaraq qanını içməyə başlayırlar”.
V.Rəşidova qeyd edib ki, məcburi evlilikdən sonra şəxslər “Sən evləndirdin, uşağıma baxmalısan, evimi almalısan, mebelimi almalısan, ərzağımı almalısan” basqısı ilə valideynlərə qarşı dururlar: “Ona görə də heç kim heç kimin həyatına bu qədər müdaxilə etməməlidir. Hansı yaşda evlənib evlənməyəcəyini insan özü təyin etməlidir. O zaman ruhunun frekansında olan insanla evlənməlidir ki, sabah hansısa boşanmalar olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB