İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 114 illiyi qeyd olunub - Lənkəranda
Yanvarın 22-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr edilmiş tədbir keçirilib. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarə aparatının məsul işçiləri və Lənkəran şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri əvvəlcə generalın abidəsini ziyarət edib, abidə önünə güllər düzüblər.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla anılıb.
Sonra mədəniyyət nümayəndələri Həzi Aslanovun ev-muzeyini ziayrət ediblər.
Muzeyin direktoru Həcər Nəsirova iki dəfə Sovet İttifaqı Qəhrəmanının Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Direktor Həzi Aslanovun mənalı həyatı, qəhrəmanlığı və İkinci Dünya müharibəsindəki xidmətlərindən danışarıq vurğulayıb ki, onun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət daşıyır.
Yekunda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiya Qılıncov xatirə kitabına ürək sözlərini yazıb.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB