“Peşə seçimi” hər bir gənc üçün çətin qərarlardan biridir” SİA-ya açıqlamasında Psixoloq Mahu Teymurova bildirib.
Psixoloqun sözlərinə görə, hal-hazırda bir çox gəncimiz hansı peşədə olmalı olduğunu bilmir: “Ən əsası da nəyi sevdiyini, hansı sahədə uğur qazanacağı haqqında heç bir fikiri yoxdur. Burada ilk olaraq yük valideynlərin üzərinə düşür.
Ailə, bir gəncin formalaşmasında təməl qoyur. Baxça, məktəb, universitet, iş, ailə həyatı isə onu tamamlayır. İlk olaraq övladınızı anlamağa çalışın, onun özünü kəşf etməyinə icazə verin. Nəyi sevdiyini anlamaq üçün müxtəlif işlərlə məşğul olmağına icazə verin. Həkimin kim olduğunu anlasın, nə etdiyini, aşbazın işinin nə olduğunu və yaxud blogerlərin. Heç bir zaman övladınızı yarğılamadan, qarşı çıxmayaraq fikirlərini ifadə etməyinə icazə verin.
Bəs gənclərimiz peşə seçimində ailəsini yoxsa öz istəyini seçməlidir?
Öncəliklə ailənizin təcrübələrindən yararlanın. Onları dinləyin.
1.” Ailənizə hansı seçimin sizin üçün yaxşı olduğunu soruşun və səbəbini də açıqlamaqlarını istəyin”
2. Həyatda hansı mövqedəsən?və harada olmaq istəyirsiniz onu müəyyənləşdirin. Hansı iş sahəsində özünüzü xoşbəxt hiss edərsiniz?
Öz istəyinizi heç bir zaman göz ardı etməyin. Bu sizin işə, həyata olan motivasiyanızı artırır.
3. Könüllülük proqramları, stajlar vasitəsi ilə müxtəlif peşələr barəsində məlumat edə bilərsiniz.
4. Modern dünyanın tələbatlarına da nəzər yetirin.
Ən əsası da seçim edərkən ailənizin tövsiyyələrin də nəzərə alaraq öz seçiminizi edin. Sevdiyiniz fəaliyyətinizi tam göstərə biləcəyiniz bir işdə işlədiyiniz zaman hər zaman uğurlu olacaqsınız.
Son olaraq xüsusən valideynlər, sizin üçün həqiqətən nə önəmlidir? ö
Övladınızın məktəbdəki uğuru? Universitetə qəbul olması? İş həyatında uğurlu olması? yoxsa ailə həyatında?Gördüyünüz kimi istəklərimiz bitmir.
Sizin üçün önəmli sadəcə, övladınızın xoşbəx, həqiqətən yaşadığını hiss etdiyi bir həyat yaşamağı olsun”…
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB