Dismorfofobiya haqqında nə bilirik?

Dismorfofobiya haqqında nə bilirik?

“Dismorfofobiya - insanın öz bədənində olan çatışmazlıqlarına yönəlik olmaq, həddindən çox kompleks edəcək dərəcədə diqqət yetirmək deməkdir”. Bu sözləri açıqlamasında SİA-ya psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq qeyd edib ki, bu kompleks adətən yeniyetməlik dövründə, insan psixikasının alınqan, kövrək vaxtlarında özünü büruzə verir: “Dismorfofobiya “Yaşamaq istəmirəm" deməkdir.
Dismorfofibiyanın simptomları nələrdir?
Aynalar, fotolar, intihar fikirləri, diqqətsizlik. Tez-tez xəstələr aynada öz qüsurlarına baxırlar, şəkillər çəkməkdən qorxurlar, müntəzəm olaraq intihar haqqında düşünürlər, dismorfofobiya simptomları obsesif şəkildə baş qaldırır. Qusurlarını aradan qaldırma yollarını axtarmaq hissi - xəstəni ümidsiz, məyus edir. Əgər xəstə problemini həll etmək üçün vəsaiti və ya başqa həll etmə yolu yoxdursa, nəticə intihara gətirib çıxara bilir. Bu fobiya faciə ilə sonlana bilən xəstəliklərdəndir. Buna görə inadcıl dismorfofobiyanın müalicəsi vaxtında aparılmalıdır.

Dismorfofobiyadan necə azad ola bilərik?
Dismorfofobiyanın müalicəsi müxtəlif üsullarla aparılır. Bəzi mütəxəssislərin fikrincə, xəstənin sağalmasına xəstəni narahat edən problemin aradan qaldırılması kifayətdir. Çox hallarda isə bir problemin həllinin ardınca xəstə digər çatışmazlıqları özündə axtarmağa başlayır. Bunun nəticəsində dismorfofobiya xəstələri tez-tez cərrahiyyə əməliyyatları keçirirlər.

Dismorfofobiyanın müalicəsini psixoloqlar həyata keçirirlər. Xəstəyə kompleks yanaşmanın nəticəsində xəstənin öz bədəninə etirazı olmayacaqdır. Müalicənin əsas məqsədi - bədənini necə varsa elə sevmək, özünü olduğun kimi qəbul etmək”

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə