Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpir. Bu barədə SİA-ya AAYDA-dan bildirilib.
Məlumata görə, bununla da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: “Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB