İnsan niyə diyeta saxlayır? - PSİXOLOQ FİKİR BİLDİRDİ

İnsan niyə diyeta saxlayır? - PSİXOLOQ FİKİR BİLDİRDİ

"Bəzən həkimlər, bəzən də insanın özü tərəfindən mədə ağrıları, köklük, piylənmə ilə bağlı diyeta təyin oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, diyeta daha yaxşı olar ki, peşəkarlar tərəfindən təyin olunsun: "Təzyiq, şəkər xəstəlikləri zamanı diyeta etmək mütləq lazım olur. Ancaq psixologiyada da qida davranış pozuntusu var. İnsana elə gəlir ki, o, çox kökdür, yaxud da sağlam qidalanmalı olduğunu düşünür. Sağlam qida ümumi anlayışdır, onun bədəni üçün sağlam olan deyil. Bədəni üçün xeyirli qidalar araşdırmağa başlayır. Zaman keçdikcə daha ciddi yanaşmağa başlayır. Yediklərinə, içdiklərinə, qidanın miqdarına, kalorisini hesablamağa və sair çox diqqət etməyə başlayır. Hansı ki, həkim və diyetoloq tərəfindən belə bir qadağa və çərçivə qurulmayıb. Burada söhbət qida-davranış pozuntusundan gedə bilər. Psixoloji amil var, onu ortaya çıxarıb müalicə etmək lazımdır. Çünki insan durduq yerə özünə sağlam qidalanmalı olduğunu deyirsə, ortada ölüm, xəstələnmə qorxusu var. Bu qorxuları araşdırıb üzərində müalicə aparmaq lazımdır".

"İkinci məsələ, insanın aşırı yeməsi, yaxud qidadan kəsilməsidir. Çox pis nəticələrə gətirib çıxara bilər. Burada əsəb gərginliyi, stres, depressiyadan söhbət gedə bilər. Depressiya yaşayan insan yaralandığı mövzunu basdırmaq üçün həddindən çox yeməyə başlayır. Buna "emosional aclıq" deyirlər. Bu da bədən üçün çox zərərlidir. Yaxud da, iştahdan kəsilə, heç aclıq hiss etməyə bilər. Bu da bədənə zərərvermə üsuludur. Qida ilə bağlı çox məsələlər var. İnsanların şüuraltı özünü cəzalandırma üsuludur. Hər hansı itkidən sonra beyin tapşırıq olaraq siqnal verir ki, yaşamalı deyil, avtomatik insan çox yatmağa və az qidalanmağa başlayır. Beyin əmr verir ki, "sən yaşamamalı və qidalanmamalısan". İstənilən halda, tibbi göstərici olmadan insanın qida nəzarətinə girməsində səbəb var. Ya tibbi, ya da psixoloji səbəbdəndir", - deyə o, cavab verib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə