"İnsanın inkişaf prosesində musiqinin təsiri çoxdur" - PSİXOLOQ BİLDİRDİ

"İnsanın inkişaf prosesində musiqinin təsiri çoxdur" - PSİXOLOQ BİLDİRDİ

Həyatımızın vazkeçilməzi, uşaqdan böyüyə hərkəsin sevimlisi olan musiqi, həyatımızın ayrılmaz parçasıdır. Müxtəlif tərzdə olan mahnılar insanların emosional və hətta fiziki sağlamlığına müxtəlif cür təsir edə bilər. Musiqinin insana göstərdiyi təsir ilk olaraq onun psixo-emosional xarakterli olması ilə izah edilir. SİA mövzu ilə bağlı Psixoloq psixoloq Nuranə Cəfərovaya müraciət edib.

Onun sözlərinə görə, Musiqi insanın ruhunu qidalandırır, insanın hətta həzm prosesini normalaşdırır, emosianal vəziyyətini qaydasına salır: "Elə musiqilər var ki , insanın emosianallığını gərginləşdirə, fərqli bir davranışlara sövq edə bilər. Ümumiyyətlə insanın inkişaf prosesində digər yaşantılar kimi, musiqinin də təsiri çoxdur.

İnsanın dünya görüşünə təsiri, insanın gündəlik həyat rejimini nizamlanmasına təsiri çox genişdir. Son zamanlarda həddin artıq kütləvi şəkildə bayağı musiqilər insan psixologiyasına, dünya görüşünə aşağlayıcı təsir edir ki , doğurdan insanın inkişafının məhdudlaşdırır. Belə musiqiləri dinləyən insanların dünya görüşü nə dərəcədə arta bilər ?

Doğru seçilmiş musiqi insanın bütün həyatına müsbət təsir edir. Hətta bizim psixologiyada musiqi terapiya deyilən bir terapiya növümüz var. Meditasiyalar belə həzin musiqi sədaları altında aparılır. Bu bir növ insan beyninin aftomatik prosesə yönləndirmək üçündür. Ona görə də bunu əminliklə söyləyə bilərəm ki, insanın həyatında seçdiyi, dinlədiyi musiqilərin belə çox güclü təsiri var. Əslində bu son dövrlər gənc nəsilə aitdir ki, musiqi zövqlərini formalaşdırsınlar. Bu kütləvi, bayağı musiqilər yığışdırılsın,

çünki bayağı musiqilərin son zamanlarda böyüklərdə, uşaqlarda olan davranışlara təsiri var”.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə