"COP29 insanları birgə mübarizəyə səfərbər edəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 insanları birgə mübarizəyə səfərbər edəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün dünya bir çox problemlərlə, müharibələrlə, iqlim dəyişiklikləri, atmosferin korlanması kimi məsələlərlə üz-üzədir. Əlbəttə ki, bütün bunlar insanın sağlamlığına, təbiətin korlanmasına ciddi maneədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər göstərir ki, əgər iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, müharibə və münaqişələrin törətdiyi bəlaların qarşısı vaxtında alınmazsa ağır xəstəliklərə, problemlərə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti sadalanan istiqamətlər üzrə ilk gündən özünün səylərini birləşdirmişdir: "2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də məhz bu məqsədə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada iqlim dəyişikliklərinin yaratdığı çətinliklərə qarşı mübarizədə bəşəriyyəti həmrəyliyə və birliyə səsləyir. COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi də bunun bir daha göstəricisi və nümunəsidir. Sözsüz ki, bu beynəlxalq tədbirin keçirilməsi və Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Digər tərəfdən Azərbaycan Prezidentinin humanistliyinin, bəşəri ideyasının ifadəsidir. Çünki bu gün insanları ağır xəstəliklərdən xilas etmək, iqlim dəyişikliklərinin törətdiyi fəsadların aradan qaldırılmasına cəlb edilməsi ölkə Prezidentinin başlıca vəzifəsi kimi qarşıya qoyulub.

Azərbaycanda alternativ enerji mənbələrinin axtarılması və bu sahədə çox mühüm tədbirlərin həyata keçirilməsi göstərir ki, bu gün yaşıl dünya yaradılması, ekologiyanın qorunması, yaşıllıqların artırılması, meşə zolaqlarının yaradılması çox vacibdir və bu insanların sağlamlığı üçün də olduqca əhəmiyyətlidir. COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan Prezidenti dünyada insan sağlamlığının qorunması üçün vacub olan bütün tədbirlərin həyata keçirilməsində maraqlıdır. Sözsüsz ki, bu tədbir yaşıl dünya yaradılması üçün bir zəmin yaradacaq və insanları birgə mübarizəyə səfərbər edəcək".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə