Küçə heyvanları hansı halda məhv edilə bilər? - VƏKİL BİLDİRDİ

Küçə heyvanları hansı halda məhv edilə bilər? - VƏKİL BİLDİRDİ

“Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 10-cu maddəsində müəyyən edilib”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, bu maddəyə əsasən, sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir: “Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər”.

Vəkil qeyd edib ki, müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır: “Ev heyvanlarının əzab çəkməsinə son qoymaq məqsədi ilə onlar məhv edilə bilərlər. Qanunvericilikdə heyvanlarla rəhmsiz rəftar edilməsi, bu cür davranışla onların şikəst və ya tələf edilməsinə görə məsuliyyət nəzərdə tutulub və bu əməli törtəmiş şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən beş yüz manat məbləğində cərimə edilirlər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə