Bəzi post-terminallar işlək vəziyyətdə deyil - ÇIXIŞ YOLU NƏDİR? - RƏYLƏR
İndiki dövrdə hər kəsin tez-tez istifadə etdiyi ödəniş üsulu post-terminaldır. Post-terminal ödəniş vasitəsilə restoran, əyləncə mərkəzlərində, mağazalarda valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması və s. üçün nəzərdə tutulmuş avadanlıqdır. Bəs post-terminal istənildiyi halda gətirilməsə, vətəndaş nə etməlidir? SİA mövzu ilə bağlı ekspertlərin fikrini alıb.
Sifarişçi sahibkar hesab olunduğundan hər ay banka pos-terminaldan istifadə haqqı ödəməyə məcburdur. Birdən çox terminalın istifadə haqqını ödəməmək üçün isə bəzi sahibkarlar müştəri məmnunluğunu unudub cəmi bir pos-terminala üstünlük verirlər. İqtisadiyyatın şəffaflaşması və vergidən yayınmanın qarşısının alınmasında nağdsız ödəniş sisteminin genişlənməsi ciddi rol oynayır.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bunları deyib: "Post-terminalları işlətməmək və yaxud da müəyyən bəhanələrlə işləmədiyini söyləmək, kartdan-karta və nağd şəkilində ödənişin edilməsini istəmək təbii ki vergidən yayınma üsuludur. Bunun qanunvericilikdə müəyyən cəzaları var. Ona görə də belə hallarla rastlaşanda, vətandaşlar əlaqədar orqanlara və əsasən də İqtisadiyyat Nazirliyinin "Qaynar xətti"nə müraciət edə bilərlər. Həmin şəxlər və müəssisələrlə bağlı müvafiq cəza tədbirləri görülə bilər. Birinci dəfə cərimə, ikinci dəfə böyük cərimə və üçüncü dəfə isə hətta obyektin bağlanmasına kimi məsələ qalxa bilər”.
Hüquqşunas Səadət Bənanyarlı: "Bunun bir çox səbəbləri var. Bəzi vətəndaşlar kartla ödənişi istifadə edə bilmir və yaxud taksi sürücülərindən də kartdan ödəniş istəmirlər, çünki onlara kart vasitəsilə ödəniş olunduqda həmin vəsaiti onlar gec alır. Ona görə də daim müştərilərdən ödənişin nağd yoxsa kartla ödəniş olunacağını soruşurlar. Buna qadağa qoymaq çətin məsələdir, amma hər halda bununla maarifləndirmək düzgün olardı.
Vətəndaş bilməlidir ki, kartla ödəmək onun üçün daha sərfəlidir. Vətəndaş daim post-terminalı tələb edə bilər, amma hərdən olur ki, məbləğin nağd yoxsa kartla ödəniləcəyi soruşulur. Təbii ki, bu da düzgün deyil. Məsələn regionlara gedirsən yolüstü yemək yeyirik (otellər istisna olmaqla) o ödənişi mütləq nağd verirsən. Təəssüf ki, onlarda həmin sistem ya internetin zəifləyi, ya da olmaması nəticəsində işləmir".
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB