Yol nəqliyyat hadisələrinin əsas səbəbləri NƏLƏRDİR? - EKSPERT AÇIQLADI
“Yol hərəkətinin təşkilində əsas çətinliklərdən biri də qəzaların qarşısını almaq və bu yöndə görüləcək işləri dərindən analiz etməkdir”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, yol hərəkəti təşkilinin əsas predmetlərinə sürücü məsuliyyətsizliyi, piyada məsuliyyətsizliyini misal göstərmək olar: “Hava şəraiti isə mövsümi olan bir şeydir. Bu insanları daha çox psixoloji cəhətdən cilovlayır”.
Ekspert bildirib ki, hava şəraiti qəzaların sayına görə təsir edə bilir, amma yüksək faizli nəticələr birbaşa sürətə, diqqətsizliyə və yol hərəkəti qaydalarına layiqli münasibəti bəslənməməsinə, yol infrastrukturunda hansısa nizamlayıcı nişanlara önəm verməməyə işarə edir: Misal üçün deyə bilərik ki, xəbərdarlıqedici, məlumatverici nişan lövhələrinə əməl etməmək, özünü daha təcrübəli kimi sayaraq bunların diqqətə alınmaması kimi hallarla rastlaşılır. Bu kimi hallar Yol Hərəkəti Haqqında Qanunda öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB